19 May 2025, 11:45
MPL
Tunis təmsilçisi klublararası dünya çempionatına qədər 30 yaşlı oyunçunun keçidini həll etməyə çalışır.
"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia karyerasını Tunisdə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "AlkassTVSports" məlumat yayıb.
"Esperans" əlcəzairli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Klub artıq Benzia ilə danışıqlara başlayb. Tunis təmsilçisi klublararası dünya çempionatına qədər 30 yaşlı oyunçunun keçidini həll etməyə çalışır.
Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvar ayından "Qarabağ"da çıxış edir. Əlcəzair millisinin üzvünün Azərbaycan klubu ilə müqaviləs 30 iyun tarixində başa çatır.