Etibarlı arxa xətt oyunçusu axtaran bakılılar Kiril Petrovu saxlamaqda maraqlı deyil. Ona ən layiqli əvəzedici kimi isə Stankoviç görülür. Danışıqlar müsbət yekunlaşsa, Vojislav Monrozla birlikdə ölkə daxilində klub dəyişəcək.

"Neftçi" iki futbolçunun transferini eyni gündə açıqlaya bilər. Matc.az xəbər verir ki, Stiven Monrozla razılığa gələn bakılılar, "Qəbələ"nin daha bir üzvünü sıralarına qatmağa yaxındı.

 Fransalının "Neftçi"yə keçəcəyi çoxdan bəllidi - cinah hücumçusu ilə ikiillik anlaşma razılaşdırılıb. "Qəbələ" ilə müqaviləsinin uzadılmadığı rəsmən açıqlanan Monroz hazırda istirahətdədi, o, tezliklə "ağ-qara" formada azarkeşlərə təqdim ediləcək.

Bakılılar hazırda "Qəbələ"nin digər legioneri Vojislav Stankoviçlə də danışıq aparır. Əyalət klubu ilə 6 aylıq müqaviləsi qalan serbin klubdan ayrılacağı dəqiqdi. Həm "Qəbələ" əcnəbilərdən imtina edir, həm də mərkəz müdafiəçisi iddiasız komandada qalmaq niyyətində deyil. "Neftçi" isə fürsəti əldən verməyərək tanıdığımız, oyununa bələd olduğumuz müdafiəçini sıralarına qatmaq niyyətindədi.

Etibarlı arxa xətt oyunçusu axtaran bakılılar Kiril Petrovu saxlamaqda maraqlı deyil. Ona ən layiqli əvəzedici kimi isə Stankoviç görülür. Danışıqlar müsbət yekunlaşsa, Vojislav Monrozla birlikdə ölkə daxilində klub dəyişəcək.

Vaxtilə ölkəmizdə "İnter"in də formasını geymiş 32 yaşlı Stankoviç 2015-ci ildən "Qəbələ"dədi. Bu cütlükdən əvvəl Baqali Dabo da əyalət klubunu "Neftçi"yə dəyişmişdi. O, ötən yay paytaxta köçmüşdü. Futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest