Avropanın əksər ölkələrində 2018-19 mövsümünə yekun vurulub. Matc.az saytının məlumatına görə, bəzi klublar çempionluq seriyasını davam etdiriblər.

Xüsusən də, "böyük beşlik" ölkələrində "Yuventus" və "Bavariya"nın uğurunu qeyd etmək olar. "Qoca sinyora" ardıcıl 8-ci dəfə A seriyasını zirvədə tamamlayıbsa, 2012/13 mövsümündən bəri Bundesliqada qızıl medalları heç kimə verməyən münhenlilərdə bu say 7-di.

TNS, "Seltik" və "Ludoqorets" də "Yuventus" kimi, 8 ildi ki, öz ölkələrində hegemonluq edirlər. Azərbaycan Premyer Liqasını çempion kimi tamamlayan "Qarabağ" da "qızıla abunəçilər" sırasında yer alıb. Ağdam təmsilçisi ardıcıl 6-cı dəfə ölkə birinciliyində bütün rəqiblərini qabaqlayıb.

Bu baxımından rekord "Linkoln" klubuna məxsusdu. Bu komanda ardıcıl 14 il Cəbəllütariq çempionatının qalibi olub. BATE-də bu say 13-dü və Belarus klubunun seriyası davam edir. Sadəcə, həmin ölkədə 2019-cu il mövsümü yeni start götürüb.

 

çempionluq seriyası davam edənlər:

8. "Yuventus" (İtaliya): 2011/12 - ...

8. TNS (Uels): 2011/12 - ...

8. "Seltik" (Şotlandiya): 2011/12 - ...

8. "Ludoqorets" (Bolqarıstan): 2011/12 - ...

7. APOEL (Kipr): 2012/13 - ...

7. "Bavariya" (Almaniya): 2012/13 - ...

​6. "Qarabağ" (Azərbaycan): 2013/14 - ...

6. "Zalsburq" (Avstriya): 2013/14 - ...

 

Ardıcıl ən çox çempion olanlar:

14. "Linkoln" (Cəbəllütariq): 2002/03–2015/16

14. "Skonto" (Latviya): 1991–2004

13. BATE (Belarus): 2006–...

13. "Rusenborq" (Norveç): 1992-2004

11. "Dinamo" (Zaqreb, Xorvatiya): 2005/06–2015/16

10. "Dinamo" (Tbilisi, Gürcüstan): 1990–1999

10. "Dinamo" (Berlin, Şərqi Almaniya): 1978/79–1987/88

10. MTK (Macarıstan): 1914, 1917–1925

10. "Pünik" (Ermənistan): 2001–2010

​10. "Şerif" (Moldova): 2001–2010

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest