İngiltərə Premyer Liqasının daha bir klubu ərəblərə satılıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, söhbət "Nyukasl"dan gedir.

Şeyx Xaled bin Zayed əl Nehayanın təmsilçisi "Daily Mail"ə açıqlamasında tərəflər arasında anlaşma əldə olunduğunu bildirib. Maraqlıdı ki, şeyx Xaled "Mançester Siti"nin sahibi olan şeyx Mansurun yaxın qohumudu. Abu Dabinin kral ailəsindən olan Şeyx Xaled "Nyukasl"ın səhmlərinə sahib çıxmaq üçün klub prezidenti Mayk Eşliyə 350 milyon funt-sterlinq ödəyəcək.

Klubun yeni sahibi hazırkı baş məşqçi Rafael Benitesin postunda qalmasının tərəfdarıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest