Avropa Liqasının finalında "Arsenal"la qarşılaşacaq "çelsi" artıq Bakıdadı. Matc.az xəbər verir ki, "zadəganlar" ölkəmizə Londondan birbaşa reyslə gəlib. Onları gətirən Boeing 767 təyyarəsi Bakı vaxtıyla 00:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
 
Finalın digər iştirakçısı "Arsenal" isə paytaxtımıza mayın 25-də gəlib və ertəsi gün "Bakcell Arena"da məşqə çıxıblar.
 
Qeyd edək ki, Avropa Liqasının mayın 29-da keçiriləcək "çelsi" – "Arsenal" oyunu saat 23:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest