Hannes Halldorssonla yollarını ayıran "Qarabağ" onun yerinə əcnəbi qapıçı gətirmək niyyətindədi. Matc.az-ın "The Scottish Sun" nəşrinə istinadən məlumatına görə, Azərbaycan çempionu "Sent-Mirren"in qolkiperi Vaçlav Qladki ilə maraqlanır.

Bildirilir ki, çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" Qladkini bir nömrəli qapıçı qismində almaq istəyir. çexiyalı ilə həmçinin Moskva "Spartak"ı və İngiltərənin iki klubu da maraqlanır.

Nəşr 29 yaşlı qolkiperin transferi məsələsində "Qarabağ"ın maliyyə problemi yaşamayacağını vurğulayıb: "Azərbaycan klubu "Sent-Mirren"in bu transferə görə təzminat istəyəcəyini bilir və almağı qərarlaşdırsalar, bu, onlar üçün problem olmayacaq. Başqa namizədlər də var. Amma "Qarabağ"ın təklif etdiyi məbləğ Qladkinin Şotlandiyadakı qazancından çoxdu".

Qeyd edək ki, Vaçlav Qladkinin "Sent-Mirren"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest