"Real"ın baş məşqçisi Zinəddin Zidan PSJ-nin hücumçusu Kilian Mbappenin mümkün transferi ilə bağlı sualı cavablandırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis həmyerlisinin keçidinin çətin olacağını düşünür.

Zizu qısa açıqlamasında 20 yaşlı forvardın PSJ-də qalacağına işarə vurub: "Mbappe? O, hazırkı komandasında daha yaxşıdı". "Kral klubu"nun prezidenti Florentino Peres isə açıqlamasında bu transferin planda olmadığını söyləyib.

Qeyd edək ki, mətbuat "Real"ın Mbappe üçün 250 milyon avro təklif göndərəcəyini iddia edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest