"Qəbələ" klubu qazandığı Azərbaycan kubokunu doğma meydanında azarkeşlərinə təqdim edib. Matc.az saytı xəbər verir ki, bununla bağlı bayram tədbiri təşkil olunub.

Qarşılanma mərasimi şəhər stadionunda baş tutub. Mərasimdə Qəbələ rayon icra hakimiyyətinin başçısının birinci müavini Abil Ağasəfov da iştirak edib.

Qeyd edək ki finalda "Sumqayıt"ı 1:0 hesab ilə məğlub edən "Qəbələ" Azərbaycan kubokuna sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest