Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah bir araya gələcək. Matc.az saytı xəbər verir ki, yığmamız iyunun 3-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Baş məşqçi Milan Obradoviç toplanışa 24 futbolçu cəlb edib ki, onlar arasında 5 legioner var.

U-21-in heyəti: Nihad Tamazov, Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı "Qarabağ"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Elçin Mustafayev, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Ricat Qarayev, Süleyman Əhmədov (hər ikisi "Sumqayıt"), Şahin Zəkiyev, Murad Qayalı (hər ikisi "Keşlə"), Kamran İbrahimov ("Neftçi"), Turan Manafov ("Zaqatala"), Rafael Məhərrəmli ("Zirə"), Hüseyin Seyliğli ("Beşiktaş", Türkiyə), Arziman Rizvanov ("Bohemians", çexiya), Barış Ekincier ("VfL Boxum, Almaniya), Ziya Əzizov ("Neymegen", Hollandiya), Tural Bayramlı ("Dauqavpils", Latviya).

Qeyd: Latviyanın "Dauqavpils" klubunun üzvü Tural Bayramlı komandasının çempionatdakı oyununa görə toplanışa iyunun 2-dən qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest