"İngiltərə futbolu üçün böyük andı. Doğma Londonumun iki komandasını Avropa Liqasının finalında görməkdən məmnunam". Matc.az saytı xəbər verir ki, bunu ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu deyib.

Müğənni bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Avropa Liqasının final qarşılaşmasının açılış mərasimində çıxış edəcək. Conas Blu finalda "Arsenal"la "çelsi"nin üz-üzə gəlməsinin özü üçün xüsusi olduğunu vurğulayıb: "Bu böyük tədbirdə iştirak edəcəyim, stadionda azarkeşlərin qarşısına çıxacağım anı səbirsizliklə gözləyirəm. Həmçinin milyonlarla izləyici evindən finala tamaşa edəcək. Bu, mənim üçün yalnız xəyaldı. Böyük səhnədə çıxış etmək fürsəti sadəcə, fövqəladədi. Londonun iki komandasının finalda qarşılaşması isə ingilis azarkeşlər üçün yalnız dəlilikdi".

Conas Bluya səhnədə 150 yerli rəqqasın müşayiət etməsi gözlənilir. Final matçı isə 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest