"Bakıda hər şey ideal təşkil olunub. Şəhər finala hazırdı". Matc.az saytının məlumatına görə, bu sözləri UEFA-nın prezidenti Aleksandr çeferin deyib.

Bakıda keçirilən UEFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran funksioner hər şeyin qaydasında olduğunu vurğulayıb: "Hazırda hər şey möhtəşəm görünür. Digər detallar haqqında isə final fitindən sonra danışacam".

çeferin ingilis azarkeşlərin narazılıqları haqqında da danışıb: "Düzünü desəm, mən ingilis azarkeşlərin iradlarını haqlı hesab etmirəm. Burada heç bir çətinlikdən söhbət gedə bilməz. Əlbəttə , Bakıya baxanda Londona və ya Romaya bilet almaq, otel tapmaq daha asandır, amma bu, o demək deyil ki, biz bu şəhərlərdə futbol yarışları keçirməməliyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest