Həlledici görüşün iştirakçıları "Çelsi" ilə "Arsenal"ın start heyətində 15 millətin nümayəndəsi meydana çıxıb. Bu isə rekordun təkrarıdır.

UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununda rekord təkrarlanıb. Matc.az saytını məlumatına görə, həlledici görüşün iştirakçıları "çelsi" ilə "Arsenal"ın start heyətində 15 millətin nümayəndəsi meydana çıxıb.

Bu isə rekordun təkrarıdır. Daha əvvəl iki finalda – "Atletiko" – "Fulhem" (2010) və "Ayaks" – "mançester Yunayted" (2017) oyunlarında meydanda start heyətində bu qədər fərqli millətin nümayəndəsi çıxmışdı.

Maraqlıdır ki, finalda iki ingilis klubu üz-üzə gəlsə də, meydana ilk "11-lik"də çıxan oyunçuların içində yeganə ingilis "Arsenal"ın üzvü Ensli Meytlend-Naylz olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest