"Ərzurumspor" baş məşqçisi Hamza Hamzaoğlu ilə vidalaşıb. Matc.az xəbər verir ki, bu barədə klub prezidenti Hüseyn üneş yerli mətbuata açıqlamasında məlumat verib.

O, TFF I liqada yeni baş məşqçi ilə mübarizə aparacaqlarını bəyan edib. Hamzaoğlunun rəhbərlik etdiyi Ərzurum klubu geridə qalan mövsüm Superliqada 18 iştirakçı arasında 16-cı yeri tutaraq, elitanı tərk edib.

Hamzaoğlu "Ərzurumspor"a martda baş məşqçi təyin olunmuşdu. O, bu postda Mehmet özdileki əvəz etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest