Azərbaycan millisinin heyətində dəyişiklik olub. AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə qarşılaşacaq yığmamızda Eddi İsrafilov heyətdən çıxarılıb. Buna səbəb yarımmüdafiəçinin klubu "Alkorkon"un son oyununda zədələnməsi olub.

Azərbaycan millisinin heyətində dəyişiklik olub. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə qarşılaşacaq yığmamızda Eddi İsrafilov heyətdən çıxarılıb.

Buna səbəb yarımmüdafiəçinin klubu "Alkorkon"un son oyununda zədələnməsi olub. Həkim müayinəsinin nəticəsinə əsasən, 27 yaşlı orta sahə oyunçusu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu üzdən İsrafilov toplanışda iştirak etməyəcək. Baş məşqçi Nikola Yurçeviç komandaya əlavə futbolçu dəvət etməyəcək və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.

Qeyd edək ki, yığmamız iyunun 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest