"Barselona"nın futbolçusu Filipp Koutinyo komandasını dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Avropanın 3 nəhəng klubu Braziliya yığmasının üzvünə "elçi düşüb".

Bunlar "Mançester Yunayted", "çelsi" və PSJ-di. "Zadəganlar" onu Eden Azara layiqli əvəzləyici hesab edirlər. Lakin bunun üçün transfer qadağası ləğv olunmalıdı. "Qırmızı şeytanlar"ın çempionlar Liqasında iştirak etməməsi bu keçidin ehtimalını azaldır. PSJ isə onu almaq üçün bir neçə oyunçusunu satmalıdı.

Qeyd edək ki, ötən mövsüm 54 oyunda 11 qol vuran Koutinyonu "Barselona" satmağın əleyhinə deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest