"Qarabağ" "çelsi"ni Avropa Liqasının qalibi olması münasibəti ilə təbrik edib. Matc.az xəbər verir ki, Ağdam klubu rəsmi feysbuk  səhifəsi vasitəsilə Azərbaycan və ingilis dillərində yayımladığı təbrik mesajında "Bakıya gəl(məy)ən" ifadəsi ilə, təhlükəsizlik məsələlərini bəhanə edərək, paytaxtımıza gəlməkdən imtina edən "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryana da söz atıb: "Bakıya gəl(məy)ən və kubokla qayıdan "çelsi'nin bütün futbolçularını təbrik edirik. Zadəganlıq hər zaman zəfəri haqq edir".

Qeyd edək ki, "çelsi" Bakı Olimpiya Stadionunda keçirilən finalda "Arsenal"a 4:1 hesabı ilə qalib gələrək, titula sahib çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest