"Real" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbadan əl çəkmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" fransalının keçidi üçün qarşı tərəflə danışıqları davam etdirir.

"çelsi"dən Eden Azarı transfer etməyə yaxın olan madridlilər Poqbaya görə də "qırmızı şeytanlar"a son təklifini edəcək. İspaniya nəhəngi 26 yaşlı orta sahə oyunçusu müqabilində ingilislərə 150 milyon funt-sterlinqlik təklif göndərəcək. Futbolçu özü də bu keçidin tərəfdarıdı.

Qeyd edək ki, Pol Poqba geridə qalan mövsüm 47 oyunda iştirak edib, 16 qol, 11 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest