Azərbaycanlı FİFA referisi Rəhim Həsənov növbəti beynəlxalq təyinatını alıb. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Həsənov San Marinoya yollanacaq.

O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək San Marino – Litva oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş iyunun 5-də "Serravalle" stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest