"Qarabağ"ın yay təlim-məşq toplanışında yoldaşlıq görüşü keçirəcəyi komandalar məlum olub. İyunun 7-də Bakıda toplaşacaq ağdamlılar ayın 18-də Avstriyaya yola düşəcək. "Qarabağ" bu ölkədə 4 yoxlama oyunu keçirəcək.

"Qarabağ"ın yay təlim-məşq toplanışında yoldaşlıq görüşü keçirəcəyi komandalar məlum olub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iyunun 7-də Bakıda toplaşacaq ağdamlılar ayın 18-də Avstriyaya yola düşəcək.

"Qarabağ" bu ölkədə 4 yoxlama oyunu keçirəcək.

Qurban Qurbanovun yetirmələri ilk olaraq iyunun 22-də Bolqarıstanın "Ludoqorets" komandası ilə, daha sonra sıra ilə iyunun 25-də Rumıniyanın "Krayova", 28-də Rusiyanın "Ufa", iyulun 2-də çexiyanın "Viktoriya" klubları ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest