"Ən əsası bu ölkə üçün nələr etdiyimiz və burda özümüzü evimizdə bilib çox xoşbəxt olmağımızdı. Təəssüf ki, getmək vaxtı çatdı"

Mövsüm başa çatan kimi "Keşlə" ilə yollarını ayıran Denis Silva Kruz vida məktubu yazıb. Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi feysbuk səhifəsi vasitəsilə ölkəmizdə keçirdiyi illərdən bəhs edib.

Müdafiəçi Azərbaycanı ikinci vətəni saydığını vurğulayıb: "11 ildə yaşadığımız çoxsaylı qələbələr, təlimlər, söz-söhbətlər, dostluq-düşmənlik üçün hamıya təşəkkür edirəm. Ən əsası bu ölkə üçün nələr etdiyimiz və burda özümüzü evimizdə bilib çox xoşbəxt olmağımızdı. Təəssüf ki, getmək vaxtı çatdı. Bu mərhələ bitdi. Bilmirəm, bizi xatırlayan, darıxan olacaq, ya yox. Amma əmin olunki, biz həmişə ikinci vətənimiz üçün darıxacağıq. çünki Azərbaycanı hiss edirik. Bu ölkə bizim həyatımızın bir hissəsi olub. Burda evlənmişik, qızımız burda dünyaya gəlib, Azərbaycanda yaşamışıq. Bu ölkə həmişə ürəyimizdə yaşayacaq. Təşəkkürlər Azərbaycan!".

Qeyd edək ki, Denis Silva Kruz 2008-10-cu illərdə "Xəzər Lənkəran", 2010-12 və 2013-15-ci illərdə "Neftçi", 2015-19-cu illərdə "Keşlə"də (əvvəlki "İnter") çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest