Bu gün Türkiyə Futbol Federasiyasına (TFF) yeni prezident seçkisi keçirilib. Matc.az xəbər verir ki, prezidentlik uğrunda beş namizəd mübarizə aparıb - Nihat özdəmir, Bülənt Gürkut, Durmuş Ali İlik, Vəli Olqaç və Ayhan Sağaltıcı.

Bu vaxta qədər federasiyanın vitse-prezidenti kimi fəaliyyət göstərən Nihat özdəmir seçkidən qalib ayrılıb.

Qeyd edək ki, 2012-ci ilin fevralından TFF-yə başçılıq edən Dəmirörən bu ilin fevral ayında istefa vermişdi. Həmin dövrdən bu vəzifə müvəqqəti olaraq İdarə Heyətinin üzvü Hüsnü Güreliyə tapşırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest