Çempionlar Liqasının final oyununda "Tottenhem" üzərində 2:0 hesablı qələbə qazanan "Liverpul" tarixində 6-cı dəfə kubokun sahibi olub. Artıq 2-ci dəqiqədə hesabı açan "qırmızılar" finallarda ilk qolu vurduğu zaman uduzmur.

çempionlar Liqasının final oyununda "Tottenhem" üzərində 2:0 hesablı qələbə qazanan "Liverpul" tarixində 6-cı dəfə kubokun sahibi olub. Matc.az saytının məlumatına görə, artıq 2-ci dəqiqədə hesabı açan "qırmızılar" finallarda ilk qolu vurduğu zaman uduzmur.

Komanda 1977, 1978, 1981, 1984-cü ildəki finalda da hesabı açan və kuboku qazanan tərəf olub.

"Qırmızılar"ın baş məşqçisi Yurgen Klopp isə karyerasında ilk dəfə avrokubokların qalibi olub. Onun çalışdırdığı komandalar buna qədər 3 dəfə final görmüş və hamısında yenilmişdi. Belə ki, 2013-cü ildə Dortmund "Borussiya"sı, ötən il isə "Liverpul" çL-in finalında uduzmuşdusa, 2016-cı ildə İngiltərə klubu Avropa Liqasının həlledici oyunundan məğlub ayrılmışdı.

Daxili yarışlardakı titullarla birlikdə çempionlar Liqası Kloppun 6-cı kuboku olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest