"Tobol"un Qazaxıstan Premyer Liqasının XIII turunda "Şaxtyor"la oyununun (1:0) ən yaxşı futbolçuları müəyyənləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ilk "3-lüy"ə düşüb.

Qolkiper ötən turda olduğu kimi, yenə komandasının ən yaxşı göstəriciyə malik oyunçusu olub. 3 superseyvlə yadda qalan və rəqibin penaltisini dəf edən 25 yaşlı qapıçı 313 xal toplayıb. Onu Baurjan Turısbek (285 xal) və Ruslan Valiullin (275 xal) izləyib.

Qeyd edək ki, "Tobol" hazırda Qazaxıstan çempionatında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest