"Neftçi" rəhbərliyi ilə danışığımız olub və ilkin razılıq əldə edilib. Qalır yalnız keçidi rəsmiləşdirmək. "Flaqman"la 1 illik müqaviləni razılaşdırdıq"

"Qəbələ"nin hücumçusu Rauf Əliyev yeni mövsümdən "Neftçi"nin formasını geyinəcək. Bu barədə matc.az saytına açıqlamasında forvard özü məlumat verib.

O bildirib ki, artıq "qırmızı-qaralar"la yollarını ayırıb və "Neftçi" ilə danışıqlar müsbət yöndə nəticələnib: "Neftçi" rəhbərliyi ilə danışığımız olub və ilkin razılıq əldə edilib. Qalır yalnız keçidi rəsmiləşdirmək. "Flaqman"la 1 illik müqaviləni razılaşdırdıq".

Qeyd edək ki, Rauf Əliyevin "Qəbələ" ilə müqavilə müddəti başa çatdığından, o, "Neftçi"yə azad agent statusu ilə keçib. Bölgə təmsilçisinin digər hücumçusu Stiven Jozef Monrozun da eyni istiqamət üzrə hərəkət etməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest