"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib. Bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə yayıb. Paytaxt təmsilçisi "Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalovla anlaşıb.

"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə yayıb.

Paytaxt təmsilçisi "Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalovla anlaşıb. 24 yaşlı oyunçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Elvin yay fasiləsində "Qəbələ"dən "Zirə"yə üz tutan ikinci oyunçu olub. Daha əvvəl kapitan Cavid Hüseynov da bakılılarla anlaşmışdı. Həmçinin "Sumqayıt"ın yarımmüdafiəçisi Elvin Məmmədov da "Zirə"yə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest