Almaniyanın II Bundesliqa klubu "Aue"nin geridə qalan mövsümdə ən faydalı futbolçuları müəyyənləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, siyahıda Azərbaycan millisinin üzvü Dmitri Nazarov da yer alıb.

Konkret olaraq 4 futbolçu seçilib ki, Nazarov ən faydalı 2 oyunçudan biri sayılıb. Həmkarlarımız onun və hücumçu Paskal Testroetin mövsüm ərzində komandaya əvəzsiz köməyinin olduğunu yazıblar.

Qeyd olunub ki, "Aue" II Bundesliqadakı yerini qoruduğu üçün məhz Nazarova minnətdar olmalıdı: "Düzdü, bir çox oyunlarda ehtiyatda oldu. Lakin onun həlledici məqamlarda səhnəyə çıxması komandasına böyük kömək etdi. Xüsusən də, XXXI və XXXII turlarda "Boxum"la "Reqensburq"un qapısından yol tapmaqla "Aue"ni II Bundesliqada saxladı".

Yazıda o da vurğulanıb ki, baş məşqçi Daniel Meyer adıçəkilən iki oyunçunun mütləq komandada qalmasını tələb edib. çalışdırıcı Nazarovu gələn mövsümün aparıcı simalarından biri qismində görür.

Qeyd edək ki, Dmitri Nazarovun "Aue" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest