2019-20 mövsümü üçün transfer çalışmalarına start verən "Sumqayıt" ilk futbolçu keçidini reallaşdırıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "kimyaçılar son mövsümü "Zirə"də keçirən Vüqar Mustafayevlə anlaşıb.

Bakılılarla yollarını ayıran 25 yaşlı oyunçu yeni komandası ilə 1 illik müqavilə imzalayıb. O, "Sumqayıt"da 6 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Vüqar Mustafayev "Zirə" ilə yanaşı (79 oyun, 1 qol), "Bakı" (16 oyun), "Simurq" (13 oyun) və "Qarabağ"ın (6 oyun) uğurları üçün çalışıb. U-21 (8 oyun) və A millimizin də (1 oyun) formasını geyinmiş Vüqar U-23 millimizin heyətində IV İslam Həmrəylik Oyunlarının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest