"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırıb. Matc.az saytının məlumatına görə, müdafiəçi Vild-Donald Gerye Ağdam klubunu tərk edib.

Bunu Haiti millisinin üzvü instaqram səhifəsində etdiyi paylaşımda bildirib. "Qarabağ"ın formasında şəklini paylaşan 30 yaşlı sol cinah müdafiəçisi qısaca "Mənim üçün zövq idi. Hər şey üçün təşəkkürlər" yazıb.

Bu isə o deməkdi ki, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıq müsbət nəticələnməyib. Buna səbəb Geryenin astronomik məbləğdə maaş tələb etməsi olub.

Bununla yay fasiləsində "Qarabağ"ın yola saldığı oyunçu sayı 5-ə yüksəlib. Haitiliyə qədər Yakub Jezniçak, İnnosent Emeqara, Reynaldo Silva və Con Delarja "yaxşı yol" deyilmişdi.

Qeyd edək ki, Vild-Donald Gerye "Qarabağ"a 2017-ci ilin yayında "Alanyaspor"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest