2019 və 2020-ci illərdə keçiriləcək klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub. Matc.az saytının məlumatına görə, FIFA hər iki yarışı Qətərə vermək qərarına gəlib.

Bu gün baş tutacaq ali futbol qurumunun iclasında bu məsələ təsdiqlənəcək. Adətən dekabr aylarında keçirilən yarışın Qətərə həvalə edilməsi əbəs yerə deyil. Belə ki, bu iki turnir Asiya ölkəsinin Dç-2022 ərəfəsində əsas sınağı olacaq.

Qeyd edək ki, 2017 və 2018-ci ildəki son iki yarış Birləşmiş Ərəb Əmirliklərində keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest