"Keşlə" yay transfer dönəminin ilk keçidini reallaşdırıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, "Sumqayıt"ın qapıçısı Rəşad Əzizli karyerasını paytaxt klubunda davam etdirəcək. 25 yaşlı qolkiper yeni komandası ilə 1+1 şərti ilə müqavilə bağlayıb.

Qeyd edək ki, "Keşlə" yay fasiləsində 13 oyunçu ilə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest