"Barselona"nın sabiq üzvü Adriano Korreyaya 14 aylıq həbs cəzası verilib. Matc.az xəbər verir ki, hazırda karyerasını "Beşiktaş"da davam etdirən müdafiəçi vergidən yayınmaqda ittiham edilir.

İspaniyada oynadığı dövrdə vergidən yayındığını etiraf edən Adrianoya 14 aylıq həbs və 1 milyon avro pul cəzası verilib. 2005-2010-cu illərdə "Sevilya"da, 2010-2016-cı illərdə isə "Barselona"da forma geyinən Adriano 650 min avro məbləğində vergi ödəməkdən yayınıb.

İspaniya qanunlarına görə, həbs müddəti 2 ildən az olan şəxslər bunun əvəzində müəyyən məbləğ ödəməklə dəmir barmaqlıqlar arasına girməkdən yaxa qurtara bilirlər.

Qeyd edək ki, Adriano 2016-cı ildən "Beşiktaş"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest