"Sevilya"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə yeni çalışdırıcını təqdim edib.

Beləliklə, gələn mövsümdən əndəlüs təmsilçisini İspaniya millisinin və "Real"ın sabiq baş məşqçisi Xulen Lopeteqi çalışdıracaq. 52 yaşlı mütəxəssis yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Sevilya" ötən mövsüm La Liqada 6-cı yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest