2019-20 mövsümündə UEFA Avropa Liqasında iştirak edəcək bütün komandalar bəllidi. Matc.az saytının məlumatına görə, klublar hansı mərhələdən mübarizəyə başlayacaqlarını da bilirlər.

ümumilikdə 141 komanda qrup mərhələsində boş olan 21 yer uğrunda mübarizə aparacaq. Klublardan 14-ü ilkin, 87-si I təsnifat, 27-si II təsnifat, 13-ü III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bundan başqa, II mərhələdən etibarən çempionlar Liqasındakı cütlüklərin məğlubları da Avropa Liqasında yarışa qoşulacaq. 17 komanda isə qrupda yerini təmin edib.

Azərbaycanı bu turnirdə 3 komanda - "Qəbələ", "Neftçi" və "Səbail" təmsil edəcək. Paytaxt təmsilçiləri I, "qırmızı-qaralar" isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

 

AVROPA LİQASI

İlkin mərhələ

Səpələnmişlər: "La Fiorita" (San-Marino), "Proqres" (Lüksemburq), "Kliftonvill" (Şimali İrlandiya), "Europa" (Cəbəllütariq), "NSI Runavik", "Klaksvik" (hər ikisi Farer adaları), "Priştina" (Kosovo)

Səpələnməmişlər: "Sent Julia", "Enqordani" (hər ikisi Andorra), "Tre Fiori" (San-Marino), "Barri Taun", "Kardiff MU" (hər ikisi Uels), "Sent Jozef" (Cəbəllütariq), "Ballimena Yunayted (Şimali İrlandiya)

 

I təsnifat mərhələsi

Səpələnmişlər: "Legiya", "Krakoviya" (hər ikisi Polşa), "Styaua", (Rumıniya), "Malmö", "Norçepinq" (hər ikisi İsveç), "Mölde", "Brann", "Hoqesun" (hamısı Norveç), "MOL-Vidi" (Macarıstan), "Dinamo", "Vitebsk", "Şaxtyor" (hamısı Belarus), "Spartak" (Slovakiya), "Apollon", AEK (hər ikisi Kipr), "Jalgiris", "Trakai" (hər ikisi Litva), "Aberdin", "Reyncers", "Kilmarnok" (hamısı Şotlandiya), "Jrinski" (Bosniya və Herseqovina), "Kayrat", "Tobol", "Ordabasi" (hamısı Qazaxıstan), "Radniçki", "çukariçki" (hər ikisi Serbiya), "Domjale", "Olimpiya" (hər ikisi Sloveniya), "Kruzaders" (Şimali İrlandiya), "Ventspils" (Latviya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Vaduts" (Lixtenşteyn), "Neftçi", "Səbail" (hər ikisi Azərbaycan), "Kork Siti" (İrlandiya), "Hapoel" Beer-Şeva, "Makkabi" Hayfa (hər ikisi İsrail), "Hayduk" (Xorvatiya), "Kukesi" (Albaniya), "Alaşkert" (Ermənistan), "Dinamo" (Gürcüstan), MOİK, "Levski" (hər ikisi Bolqarıstan), "Buduçnost" (Monteneqro), "Levadiya" (Estoniya), "Brondbü" (Danimarka)

Səpələnməmişlər: "Dunayska Ştreda", "Rujomberok" (hər ikisi Slovakiya), "B-36 Torshavn" (Farer adaları), "çixura", "Torpedo" (hər ikisi Gürcüstan), "Debretsen", "Honved" (hər ikisi Macarıstan), "Milsami", "Petrokub", "Speranta" (hamısı Moldova), "Trans", "Flora" (hər ikisi Estoniya), "Liepaya", "Riqa" (hər ikisi Latviya), "Qzira", "Baltzan", "Hibernian" (hamısı Malta), "Reykyavik", "Breydablik" (hər ikisi İslandiya), "Şemrok Rovers", "Sent-Patriks" (hər ikisi İrlandiya), "Şkupi", "Akademiya Pandev", "Makedoniya Qerçe" (hamısı Makedoniya), "Şiroki Briyeq", "Radnik" (hər ikisi Bosniya və Herseqovina), "Konnak" (Uels), "Kuopio", "Rovaniemi", "İnter" (hamısı Finlandiya), "Ştumbras" (Litva), "Universitatea" (Rumıniya), "Mura" (Sloveniya), "Banants", "Lori" (hər ikisi Ermənistan), "Teuta", "Laçi" (hər ikisi Albaniya), "Yenneş" (Lüksemburq), "Zeta", "Titoqrad" (Monteneqro), ilkin mərhələnin 7 qalibi

 

II təsnifat mərhələsi

Səpələnmişlər: "Roma" (İtaliya), "Gent" (Belçika), "Ayntraxt" (Almaniya), "Espanyol" (İspaniya), "Partizan" (Serbiya), "Vulverhempton" (İngiltərə), "Strasburq" (Fransa), "Zarya" (Ukrayna), "Alkmaar", "Utrext" (hər ikisi Hollandiya), "Arsenal" (Rusiya), "Gimaraeş (Portuqaliya), "Yeni Malatyaspor" (Türkiyə), "Şturm" (Avstriya), "Qəbələ" (Azərbaycan), "Yablonets", "Mlada" (hər ikisi çexiya), "Atromitos", "Aris" (hər ikisi Yunanıstan), "Osiyek" (Xorvatiya), "Esbyerq" (Danimarka), "Lütsern" (İsveçrə), I təsnifat mərhələsinin 15 qalibi

Səpələnməmişlər: AEL (Kipr), "Haken" (İsveç), "Vitorul" (Rumıniya), "Lexiya" (Polşa), "Lokomotiv" (Plovdiv, Bolqarıstan), I təsnifat mərhələsinin 32 qalibi

 

III təsnifat mərhələsi

Səpələnmişlər: "Sparta" (çexiya), "Sportinq" (Portuqaliya), "Feyenoord" (Hollandiya), "Spartak" (Rusiya), AEK (Yunanıstan), "Midtyulland" (Danimarka), "NK Riyeka" (Xorvatiya), II təsnifat mərhələsinin 17 qalibi, çempionlar Liqasından gələn 2 komanda

Səpələnməmişlər: "Austria" (Avstriya), "Trabzonspor" (Türkiyə), "Royal Antverp" (Belçika), "Mariupol" (Ukrayna), "Tyun" (İsveçrə), "Bney Yehuda" (İsrail), II təsnifat mərhələsinin 20 qalibi

 

Pley-off mərhələsi

Səpələnmişlər: III təsnifat mərhələsinin 11 qalibi, çempionlar Liqasından gələn 2 komanda

Səpələnməmişlər: III təsnifat mərhələsinin 13 qalibi

 

Qrup mərhələsi

"Sevilya", "Xetafe" (hər ikisi İspaniya), "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Beşiktaş" (Türkiyə), "Sportinq" (Portuqaliya), MOİK (Rusiya), "Volfsburq", "Borussiya" Mönhenqladbax (hər ikisi Almaniya), "Latsio", "Milan" (hər ikisi İtaliya), "Sent-Etyenn", "Renn" (hər ikisi Fransa), "Standard" (Belçika), "Aleksandriya" (Ukrayna), "Volfsberger" (Avstriya), "Luqano (İsveçrə), pley-off mərhələsinin 21 qalibi, çempionlar Liqasından gələn 10 komanda.

 

Qeyd edək ki, Avropa Liqasında mübarizə iyunun 27-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest