"Qəbələ"nin 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" İtaliyanın San Vito şəhərində təşkil olunacaq "Fabio Zukkeri Memorialı"nda qüvvəsini sınayacaq. İyunun 7-10-da keçiriləcək turnirdə 16 komanda mübarizə aparacaq.

"Qəbələ" A qrupunda İtaliya təmsilçiləri "çezena", "Venetsiya" və "Manzanese" ilə üz-üzə gələcək. Qrup mərhələsinin görüşləri eyni gündə - iyunun 8-də baş tutacaq. 

B qrupunda "Udineze", "Pordenone", "Donatello" (hamısı İtaliya), "Zrinski" (Bosniya və Herseqovina), C qrupunda "İnter", "Cenoa", "Esperia-97" (hamısı İtaliya), "Qrbçi" (Xorvatiya), D qrupunda isə "Triestina", "Akuileya" (hər ikisi İtaliya), "Hayduk" (Xorvatiya) və "Qoritsa" (Sloveniya) mübarizə aparacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest