UEFA çempionlar Liqasının finalında, Madriddəki "Vanda Metropolitano" stadionunda meydana çıxan amerikalı model Kinsey Volanski haqda qərar çıxarıb. Matc.az İngiltərə mediasına istinadən xəbər verir ki, 23 yaşlı model qitə futbol qurumunun qaydalarını pozduğu üçün 15 min avro cərimələnib.

O, "Tottenhem" - "Liverpul" matçının (0:2) 18-ci dəqiqəsində yırıçılpaq vəziyyətdə meydanın mərkəzinə qaçaraq, oyunun bir necə dəqiqə dayandırılmasına səbəb olmuşdu. Bu hərəkətinə görə UEFA Kinseyə 5 min avro cərimə kəsib.  

Volanski geyindiyi çimərlik paltarının üstündəki "Vitaly Uncensored" loqosuna görə daha 10 min avro ödəməli olacaq.  

Model hərəkəti barədə sosial şəbəkə vasitəsilə qısa açıqlama verib: "Həyatımdakı ən çılğın 24 saat".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest