UEFA Bakı Olimpiya Stadionunu fəxri mükafatla təltif edib. Matc.az saytının məlumatına görə, qitənin ali futbol qurumu Avropa Liqasının final matçının layiqli təşkilatçılığı üçün ölkənin ən böyük idman arenasını mükafata layiq görüb.

2015-ci ildən fəaliyyətə başlayan və hər il ən az bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu aralarında "Allianz Arena", "Aviva Stadium", "Kamp Nou" və "Santiago Bernabeu" kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.

Qeyd edək ki, gələn il BOS ilk dəfə olaraq UEFA-nın 60 illiyi münasibəti ilə 12 müxtəlif stadionda keçiriləcək UEFA Avropa çempionatı 2020-nin əsas stadionlarından biridir.

Görüntünün olası içeriği: yazı

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest