Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail"in ölkə xaricində keçəcəyi təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşündə üz-üzə gələcəyi ilk rəqib müəyyənləşib. Təmsilçimiz Plovdiv "Lokomotiv"i ilə qarşılaşacaq.

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail"in ölkə xaricində keçəcəyi təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşündə üz-üzə gələcəyi ilk rəqib müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Belə ki, Plovdiv "Lokomotiv"inin hazırlıq proqramını tərtib edən həmkarlarımız rəqiblərdən birinin "Səbail" olacağını vurğulayıb. Qarşılaşma iyunun 21-nə planlaşdırılsa da, məkan və saat hələ məlum deyil.

Qeyd edək ki, bu həftədən təlim-məşq toplanışına başlayacaq "Səbail" ilk mərhələ 10 gün Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest