Bu gün UEFA Millətlər Liqasında növbəti yarımfinal görüşü keçirilib. Matc.az saytının məlumatına görə, bununla ikinci finalçı da müəyyənləşib.

Portuqaliyanın Gimaraeş şəhərində baş tutan qarşılaşmada Hollandiya ilə İngiltərə münasibətlərinə aydınlıq gətirib. Bu matçın nəticəsi turnirə ev sahibliyi edən Portuqaliyanın həlledici oyundakı rəqibini müəyyənləşdirib.

90 dəqiqə ərzində komandalar hərəyə 1 dəfə fərqləndiyindən, əlavə vaxta ehtiyac duyulub. Əlavə edilmiş 30 dəqiqədə 2 cavabsız qol vuran hollandlar finala yüksəlib.

 

 

Millətlər Liqası
Yarımfinal
6 iyun

Hollandiya – İngiltərə - 3:1
Qollar: Matteys de Liqt, 73; Uolker, 97 (avtoqol); Kvinsi Promes, 114 - Markus Reşford, 32 (pen.)

Gimaraeş. "Afonso Enrike" stadionu. Baş hakim: Klemen Turpin (Fransa)

Hollandiya: 1. Yasper Silessen, 3. Matteys de Liqt, 4. Vircil van Deyk (k), 17. Deyli Blind, 22. Denzel Dumfris, 8. Corcino Veynaldum, 21. Frenki de Yonq, 15. Marten de Ron, 7. Stiven Berqveyn, 10. Memfis Depay, 9. Rayan Babel

Ehtiyat oyunçular: 13. Kennet Vermeer, 23. Marko Bizot, 2. Hans Hatebur, 5. Natan Ake, 6. Deyvi Pröpper, 11. Kvinsi Promes, 12. Patrik van Anholt, 14. Stefan de Vrey, 16. Kevin Strutman, 18. Toni Vilhena, 19. Luk de Yonq, 20. Donni van de Bek

Baş məşqçi: Ronald Kuman

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uoker, 5. Con Stounz, 6. Harri Maquayr, 14. Benjamin Kiluell, 17. Fabian Delf, 16. Deklan Rays, 18. Ros Barkli, 19. Markus Reşford, 11. Ceydon Sanço, 10. Rahim Sterlinq (k)

Ehtiyat oyunçular: 13. Cek Batlend, 23. Tom Hiton, 3. Denni Rouz, 4. Erik Dayer, 7. Cessi Linqard, 8. Cordan Henderson, 9. Harri Keyn, 12. Co Qomes, 15. Maykl Kin, 20. Dele Alli, 21. Kallum Uilson, 22. Trent Aleksandr-Arnold

Baş məşqçi: Qaret Sautqeyt

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest