Türkiyə klubu "Alanyaspor" yeni baş məşqçisinin adını açıqlayıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik Erol Bulutla anlaşıb.

44 yaşlı mütəxəssisin yeni komandası ilə müqavilə müddəti açıqlanmasa da, gələn həftə münasibətlərin rəsmiləşəcəyi bildirilib. Erol Bulut son klubu olan "Yeni Malatyaspor"dan aprel ayında vidalaşıb.

Qeyd edək ki, "Alanyaspor" ötən mövsüm Superliqada 9-cu yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest