17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sabah bir araya gələcək. Matc.az saytı xəbər verir ki, komanda iyunun 11-dək Bakıda toplanışda olacaq.

İyunun 12-dən 15-dək Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışı keçəcək millimiz ayın 13-də və 15-də adıçəkilən ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək.

Hazırlığa 24 oyunçu çağırılıb. Onlardan Eldar Tağızadə komandaya Zenitsada qoşulacaq.

U-17-nin heyəti: Elgün Bayramov, Mirəli Əhmədov, Nihad Cəfərov (hamısı "Neftçi"), Cəlal Hüseynov, Elnur Mirzəyev, Vüsal Əliyev, Nurəli Nurəliyev (hamısı "Zirə"), ülvi Mədətov, Rauf Rüstəmli, Mehrac Baxşəliyev (hamısı "Qəbələ"), Zöhrab Əsədov, Musa Musazadə, Fidayi Əzizli, Mirmövsüm Canıyev (hamısı "Qarabağ"), Rəşad Həsənov, Kamal Kazımov (hər ikisi "Keşlə"), Raqib Abışov, Vüsal Qənbərov (hər ikisi "Sabah"), Sənan Aslanov ("Turan Tovuz"), Eldar Tağızadə ("Fundasion Market", İspaniya ), Amin Ramazanov (Lokomotiv", Moskva, Rusiya), Nikita Pesotski ("çertanovo", Moskva, Rusiya), Fərman Teymurov ("Atlet", Ukrayna), Ayxan Cabbarov ("Göteborq", İsveç).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest