Azərbaycanı növbəti dəfə çempionlar Liqasında təmsil edəcək "Qarabağ"da istirahət bitir. Matc.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu gündən etibarən hazırlığa başlayacaq.

Komanda təxminən 10 gün paytaxtda hazırlaşacaq. Baş məşqçi Qurban Qurbanov təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 18-də yetirmələrini Avstriyaya aparacaq. Təmsilçimiz həmin ölkədə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Qarabağ" çempionlar Liqasında mübarizəyə iyulun 9-10-da qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest