Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, Ukrayna klubu "Atlet"in formasını geyinən Fərman Teymurov heyətdən çıxarılıb.

Onun əvəzinə hazırlıq prosesinə "Keşlə"nin üzvləri Vaqif Həsənov və Abil Abilov dəvət olunub.

Qeyd edək ki, iyunun 12-dək Bakıda hazırlaşacaq U-17 həmin gün Bosniyə və Herseqovinaya yollanacaq və orda yerli komanda ilə 2 yoxlama görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest