"Barselona"nın müdafiəçisi Tomas Vermalen komandasını dəyişəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu ilə müqavilə müddəti başa çatan Belçika millisinin üzvü azad agent statusu alacaq.

33 yaşlı mərkəz müdafiəçisi karyerasını Yunanıstanda davam etdirməyə yaxındı. Belə ki, onun "Olimpiakos"a keçidi gözlənilir. Tərəflər arasında danışıq olub və ilkin razılıq əldə edilib. Vermalen "Anderlext"dən təklif almasına baxmayaraq, Afina köçməyə üstünlük verir.

Qeyd edək ki, Tomas Vermalen geridə qalan mövsüm La Liqada 9 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest