"Mançester Yunayted" ilk transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Suonsi"də çıxış edən Daniel Ceymsi heyətinə qatıb.

Bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib. Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. Britaniya mətbuatının iddiasına görə, MY bu transfer üçün "Suonsi"yə 15 milyon funt-sterlinq ödəyəcək.

Qeyd edək ki, Daniel Ceyms başa çatan mövsümdə 38 matçda 5 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest