"Futbol elə oyundu ki, hər an hər şey baş verə bilər. Hakimlər də başa düşməlidirlər ki, biz teatrda və ya tennis oyununda deyilik. Futbol çox emosional oyundu"

"Bəzi epizodlarda əziyyət çəkdik. İlk hissədə belə anlar oldu. Amma ikinci hissəni daha yaxşı keçirdik". Matc.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.

AVRO-2020-nin seçmə mərhələsinin III turunda Azərbaycan millisi üzərində səfər qələbəsi qazanan (3:1) macarlar qrupda liderliyə yüksəlib.

Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssisin qalibiyyət şərhi belə olub: "İkinci hissədə qol imkanları yaratdıq və dəyərləndirdik. Bundan sonra da çoxlu qol şanslarımız oldu. İki top fərqi ilə önə keçəndən sonra daha ehtiyatlı oynamağa başladıq və növbəti matç barədə fikirlər yarandı".

- Oyunun sonunda nə baş vermişdi?
- Oyun ərzində texniki zonanı iki dəfə istəmədən keçmişəm. Həmin epizodda aut bizim lehimizə verilməli idi. Futbol elə oyundu ki, hər an hər şey baş verə bilər. Hakimlər də başa düşməlidirlər ki, biz teatrda və ya tennis oyununda deyilik. Futbol çox emosional oyundu.

- Azərbaycan millisi sizin gözlədiyinizdən yaxşı, yoxsa pis oynadı?
Komandanız məni təəcübləndirmədi. Rəqibin oyuna köklənməsi yaxşı idi. Azərbaycanlı futbolçular hər top uğrunda döyüşürdülər. İlk hissədə təkbətək mübarizədə üstün idilər. İsrafilovsuz 4-2-3-1-lə, Nazarovla oynayacaqlarını düşünürdüm. Nazarov və Mədətovla təhlükəli olacaqlarını düşünürdüm. Həmin cinahdakı müdafiəçimiz yaxşı oynadı.


- Oyunu izləyənlər arasında Macarıstanın baş naziri də var idi. Matçdan sonra o, sizinlə görüşdümü?
- Xeyr, görüşməmişəm. Federasiya rəhbərinin burda olduğunu bilirdim. Amma baş naziri görməmişəm.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest