Neymarın zədəsi gözləniləndən tez sağalacaq. Matc.az saytının məlumatına görə, Braziliya millisinin Qətərlə keçirdiyi yoxlama oyununda (2:0) sıradan çıxan Neymarın durumuna aydınlıq gəlib.

Bildirilib ki, oyunçu gözlənilənin əksində olaraq əməliyyata ehtiyac duymayacaq. 27 yaşlı hücumçunun sağalma prosesi isə təxminən bir ay davam edəcək.

Neymar Braziliya millisinin Amerika kuboku turniri matçlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Amerika kuboku 15 iyun-7 iyul tarixlərində keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest