"İki gün sonra daha bir vacib oyunumuz var ki, ona mümkün olduğu qədər yaxşı hazırlaşmalıyıq. Ümid edirəm ki, qələbə qazanıb, zirvədəki mövqeyimizi gücləndirəcəyik"

"Qrup lideri olsaq da, final mərhələsi haqda danışmaq tezdir. çünki hələ yolun başlanğıcındayıq". Matc.az saytının məlumatına görə, bu sözləri Macarıstan millisinin üzvü Villi Orban deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına qonaq olan macarların müdafiəçisi 3:1 hesablı qələbəyə dublla töhvə verib.

Qarşılaşmadan sonra yerli federasiyanın saytına danışan oyunçu arxayınlığa gərək olmadığını deyib: "İki gün sonra daha bir vacib oyunumuz var ki, ona mümkün olduğu qədər yaxşı hazırlaşmalıyıq. ümid edirəm ki, qələbə qazanıb, zirvədəki mövqeyimizi gücləndirəcəyik".

Orban vurduğu qolları da şərh edib: "Şadam ki, 2 vacib qol vurub, komandama kömək etdim. İkinci qolda bəxtim gətirdi. çünki topu qapı xətti üzərində dizimə dəyib, tora daxil oldu. Son vaxtlar standart vəziyyətlərdən çox qol vururuq. çünki Balaş Cucakın ötürmələri əladır. Əminliklə deyə bilərəm ki, bu, bizim əsas silahlarımızdan biridir. ümid edirəm ki, növbəti oyunda da qol vuracağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest