AVRO-2020-nin seçə mərhələsində millimizlə qarşılaşacaq Slovakiya yığması dünən gecə Bakıya gəlib. Matc.az-ın yerli futbol federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Pavel Hapal səfər ərəfəsində son anda dəyişiklik etmək məcburiyyətində qalıb.

Hapal İordaniya ilə yoldaşlıq görüşündən sonra Dominik Qreyf, Samuel Mraz, Martin çrien, Lukaş Ştetina və Laslo Benesi heyətdən çıxarmışdı.

çalışdırıcı 24 nəfər arasından daha bir futbolçunu Slovakiyada saxlamalı idi. Komandanın aparıcı oyunçularından olan Miroslav Stoçun səhhətində yaranmış problem çalışdırıcının planını pozub. Nəticədə Hapal Praqa "Slaviya"sının yarımmüdafiəçisini Bakıya gətirməmək qərarına gəlib. Bunu mütəxəssis özü açıqlamasında bildirib. O, Stoçu virusa yoluxduğu üçün yekun "23-lüy"ə salmadığını söyləyib: "Bu virusun digər futbolçulara yayılması riskini ala bilməzdik".

Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü sabah "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest