Mövsüm başa çatan kimi, heyətində "təmizləmə işləri" aparan "Keşlə" transfer çalışmalarını sürətləndirib. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi daha bir oyunçu ilə anlaşıb.

Bir müddət əvvəl "Sumqayıt"ın qapıçısı Rəşad Əzizlini alan paytaxt təmsilçisinin növbəti transferi Ruslan Qurbanov olub. "Səbail"lə yollarını ayıran milli komandamızın hücumçusu "Keşlə" ilə müqavilənin bütün detallarını razılaşdırıb.

28 yaşlı oyunçu 1+1 şərti ilə müqavilə bağlayıb. Yəni futbolçu növbəti mövsüm özünü yaxşı tərəfdən göstərə bilsə, avtomatik olaraq, sözləşməsi daha 1 il müddətinə uzadılacaq.

Qeyd edək ki, Ruslan Qurbanov ölkəmizdə "Neftçi", "Sumqayıt" və "Qəbələ"də də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest