"Neftçi" növbəti transferini reallaşdırıb. Matc.az xəbər verir ki, təcrübəli futbolçu Rauf Əliyevlə klub arasında 1 illik müqaviləyə imza atılıb. 30 yaşlı hücumçu "ağ-qaralar"da 19 nömrəli formanı geyinəcək.

Bunadək "Qarabağ" (2006-2013), "Bakı" (2013-2014), "Xəzər Lənkəran" (2014), "İnter" (2015-2017), "Kukesi" (Albaniya, 2017-2018), "Qəbələ" (2018-2019) klublarında çıxış etmiş Əliyev 2015-ci ildə "Neftçi"nin heyətində 11 oyunda meydana çıxıb. 2009-cu və 2019-cu illərdə Azərbaycan Kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.

Xatırladaq ki, "Neftçi" bundan əvvəl serbiyalı müdafiəçi Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlamışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest